Şəmkirdə qadını döyən şəxs tutuldu

Şəmkirdə qadını döyən şəxs tutuldu Ötən il Şəmkir rayonunda qadını döyən şəxs saxlanılıb
Hadisə
18 Fevral , 2021 13:06
Şəmkirdə qadını döyən şəxs tutuldu

Ötən il Şəmkir rayonunda qadını döyən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il dekabrın 4-də Kür qəsəbəsi ərazisində Gəncə şəhər sakini A.Sadıqovanı döyərək 150 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Abbasov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi