Ötən il Səbail rayonu ərazisində 298 yol-nəqliyyat hadisəsi baş verib, 76 nəfər ölüb

Ötən il Səbail rayonu ərazisində 298 yol-nəqliyyat hadisəsi baş verib, 76 nəfər ölüb Rayon ərazisində 669 cinayət hadisəsi qeydə alınıb, onlardan 449-nun açılması təmin edilib
Hadisə
19 Fevral , 2016 15:19
Ötən il Səbail rayonu ərazisində 298 yol-nəqliyyat hadisəsi baş verib, 76 nəfər ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ Keçən il ərzində Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti rayon ərazisində 669 cinayət hadisəsini qeydə alıb, onlardan 449-nun və ya 74,8%-nin açılması təmin edilib. "Report"un məlumatına görə, bu barədə Səbail Rayon İcra Hakimiyyətində ötən ilin yekunlarına həsr olunan tədbirdə bildirilib.

Tədbirdə qeyd olunub ki, baş verən cinayətlər keçən ilin müvafiq dövrü ilə müqayisədə 6 fakt və ya 0,9% artıb. Keçən illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində müvafiq tədbirlər keçirilib və hesabat dövründə 31 belə cinayətin açılması təmin olunub.

2015-ci ildə axtarışda olan 143 cinayətkardan 112-nin və ya 78,4%-nin tutulması təmin edilib, xəbərsiz itkin düşən 9 nəfərdən 5 və ya 55,5%-i tapılaraq qohumlarına və yaxınlarına təhvil verilib.

Hesabat dövründə narkotiklərlə mübarizə sahəsində rayon ərazisində ümumilikdə aşkar olunan faktların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 93-dən 57-dək azalıb. Aşkar edilən faktlardan 21-i satış, qalanları isə narkotik vasitələrin qanunsuz saxlanılması və qəbul edilməsi ilə əlaqədar olub. Faktlar üzrə 13 kq 480 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Əvvəlki illə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi miqdarı 3 kq 714 qram artıb.

Bundan başqa, hesabat dövründə Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz silah-sursat saxlayan şəxslərin aşkar olunması məqsədilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat yolu ilə 3 fakt aşkar edilib.

2015-ci ildə rayon ərazisində ümumilikdə 298, o cümlədən 76 ölüm və xəsarətlə nəticələnən (16 ölüm və 73 xəsarət) 222 isə xəsarətsiz yol nəqliyyat hadisələri baş verib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 50-dən 76-dək, hadisələr zamanı xəsarət alanların sayı 51-dən 73-dək, hadisələr zamanı ölənlərin sayı isə 10-dan 16-ədək artıb.

Son xəbərlər

Orphus sistemi