Bir ildə 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb

Bir ildə 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb 2019-cu ildə respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.
Hadisə
21 Yanvar , 2020 15:20
Bir ildə 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlanıb
Report

2019-cu ildə respublikanın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

"Report"un xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov əməliyyat müşavirəsində deyib.

O bildirib ki, yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə, 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi