Ötən il cinayət törədənlərdən 70,3 faizi işsiz və təhsilsiz olub

Ötən il cinayət törədənlərdən 70,3 faizi işsiz və təhsilsiz olub Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə ölkədə qeydə alınmış 26 672 cinayət hadisəsinin 4 383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Hadisə
27 Fevral , 2020 12:19
Ötən il cinayət törədənlərdən 70,3 faizi işsiz və təhsilsiz olub
Freepik.com

Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə ölkədə qeydə alınmış 26 672 cinayət hadisəsinin 4 383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Bu barədə "Report"a Dövlət Statistika komitəsindən məlumat verilib.

Bildirilib ki, onların da 59,1 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,3 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 464 nəfər (onlardan 2,8 faizi əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işsiz və təhsilsiz olub. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil edib.

2019-cu ildə müsadirə edilmiş 3 317,5 kiloqram narkotik maddələrin 2 066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4,0 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Son xəbərlər

Orphus sistemi