Ötən il Bakıda cinayət hadisələrinin sayı artıb

Ötən il Bakıda cinayət hadisələrinin sayı artıb Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb
Hadisə
160
24 Yanvar , 2018 18:06
Ötən il Bakıda cinayət hadisələrinin sayı artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin sayı artıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, 2017-ci ildə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınıb, onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub.

2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə hadisələrin sayı 68 olmuş, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb.

Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib.

Son xəbərlər

Orphus sistemi