Ötən il Bakı, Sumqayıt və Abşeronda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib

Ötən il Bakı, Sumqayıt və Abşeronda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib Ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb, bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb.
Hadisə
17 Yanvar , 2020 12:02
Ötən il Bakı, Sumqayıt və Abşeronda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib
Report / Elchin Murad

Ötən il Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində ciddi addımlar atılıb, bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb.

''Report'' xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə, növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq: ''Heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla, ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanıb. Bununla əlaqədar Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib''.

Son xəbərlər

Orphus sistemi