Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri azalıb

Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri azalıb ​Ramil Usubov: "Ölən və xəsarət alanların sayı da nəzərəçarpacaq dərəcədə azalıb"
Hadisə
27 Yanvar , 2015 20:21
Ötən il Azərbaycanda yol-nəqliyyat hadisələri azalıb

Ramil Usubov: "Ölən və xəsarət alanların sayı da nəzərəçarpacaq dərəcədə azalıb"

Bakı. 27 yanvar. REPORT.AZ/ "Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub və bu artımın fonunda yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb".

"Report"un məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyində 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də pozitiv nəticələrlə müşayiət olunub: "2013-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 65 faiz çox olmaqla 2 355 222 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 59,3 faiz çox və ya 16 606, sürət həddinin aşılması ilə əlaqədar 2,4 dəfə çox və ya 720 303, ötmə və manevr qaydalarının pozulması ilə bağlı 2,7 dəfə çox və ya 233 968, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 16 faiz çox və ya 5 480 inzibati xəta müəyyən olunub. Şüşələrinə pərdə və plyonka çəkilmiş 7 901 avtomobil, avtoxuliqanlığa görə 580 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2,3 milyondan çox müvafiq xətanın 39,6 faizi isə (933 576) foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkarlanıb".

R.Usubov deyib ki, bütövlükdə müxtəlif inzibati xətalara görə respublika üzrə 2013-cü illə müqayisədə 68,3 faiz çox və ya 2 444 042 protokol tərtib olunub: "Nəticədə 2 336 488 nəfər cərimələnib, 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40 069 şəxsə xəbərdarlıq edilib".

Son xəbərlər

Orphus sistemi