Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb

Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb.
Hadisə
19 Yanvar , 2022 16:13
Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb
0 : 00
0 : 00

Ötən il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisələrinin 1 597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən qeydə alınıb.

Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.

Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.

Son xəbərlər

Orphus sistemi