Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.
Hadisə
21 Yanvar , 2021 12:08
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlili aparılıb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılan profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, insan tələfatı 4, xəsarət alanların sayı 113 fakt, yanğınların vahid statistik uçotuna daxil edilmiş yanğınların ümumi sayı 203, yaşayış sektorunda yanğınlar 157, ticarət obyektlərində 22, əkin sahələrində yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi