Ötən il Azərbaycanda 6 hakimin səlahiyyətlərinə xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub

Ötən il Azərbaycanda 6 hakimin səlahiyyətlərinə xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub Şurada işlərində neqativ hallara yol verdiklərinə görə bir neçə hakimə töhmət verilib, irad tutulub
Hadisə
9 Fevral , 2017 20:12
Ötən il Azərbaycanda 6 hakimin səlahiyyətlərinə xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. 

"Report" xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Şuranın bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə keçirilən geniş iclasında bildirilib.

Qeyd olunub ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib. 

Şurada həmçinin qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb: "Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub". 

"Ədalət mühakiməsinin səmərəsinin artırılmasında müasir məhkəmə infrastrukturu yaradılmasının əhəmiyyəti nəzərə alınaraq 2016-cı ildə Dünya Bankı ilə birgə Layihələr çərçivəsində 6, dövlət büdcəsi hesabına isə 4 yeni, müasir məhkəmə Kompleksi və binalarının tikintisi davam etdirilib, digər məhkəmə binalarının müasirləşdirilməsi üzrə zəruri tədbirlər görülüb: "Mülki dövriyyənin inkişafı, məhkəmələrə əlçatanlığın asanlaşması və insanların etimadının nəticəsidir ki, 2016-ci ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərlərin sayı 45%-dək çoxalaraq, 470 mini ötüb (məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çox). Birinci instansiya məhkəmələrində mülki xarakterli iddiaların 96,8%-i, inzibati mübahisə üzrə iddiaların isə 84.4%-i təmin edilib. Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5%-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90%-nin dəyişdirilməyərək sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi olub", - Şurada vurğulanıb.

Son xəbərlər

Orphus sistemi