Ötən il Azərbaycanda 13 min zəlzələ qeydə alınıb

Ötən il Azərbaycanda 13 min zəlzələ qeydə alınıb Ötən ildə Azərbaycanda 13 min zəlzələ qeydə alınıb.
Hadisə
7 Yanvar , 2020 10:11
Ötən il Azərbaycanda 13 min zəlzələ qeydə alınıb

Ötən ildə Azərbaycanda 13 min zəlzələ qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, yeraltı təkanlardan 6 minə qədəri yerli, 7 minə qədəri isə regional zəlzələdir: "Azərbaycan ərazisində baş verən zəlzələlərin 84-nün maqnitudası 3-dən yuxarı olub. Ötən il Azərbaycanda ən güclü zəlzələ (5,2 bal gücündə) fevralın 5-də Şamaxı-İsmayılı-Ağsu ərazisində qeydə alınıb. Fevralın 13-də həmin ərazidə daha bir güclü zəlzələ olub. Avqust ayında 4,9 bal gücündə daha bir güclü zəlzələ isə Zaqatalada olub".

Son xəbərlər

Orphus sistemi