Ötən il Azərbaycan dövlətinin axtarışa verdiyi 30 nəfər tutularaq ölkəyə ekstradisiya olunub

Ötən il Azərbaycan dövlətinin axtarışa verdiyi 30 nəfər tutularaq ölkəyə ekstradisiya olunub Bakı. 7 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəyə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.
Hadisə
7 Fevral , 2019 16:40
Ötən il Azərbaycan dövlətinin axtarışa verdiyi 30 nəfər tutularaq ölkəyə ekstradisiya olunub

Bakı. 7 fevral. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəyə ekstradisiyası həyata keçirilib, istintaqı aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

“Report”un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin isti izlərlə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi