Ötən il 94 şəxs 157 insan alveri və 3 məcburi əmək cinayəti qurbanı olub

Ötən il 94 şəxs 157 insan alveri və 3 məcburi əmək cinayəti qurbanı olub Ötən il 157 insan alveri və 3 məcburi əmək cinayəti qeydə alınıb, bu hüquqa zidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib.
Hadisə
17 Mart , 2023 11:56
Ötən il 94 şəxs 157 insan alveri və 3 məcburi əmək cinayəti qurbanı olub

Ötən il 157 insan alveri və 3 məcburi əmək cinayəti qeydə alınıb, bu hüquqa zidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, müvafiq istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 157 insan alveri və 3 məcburi əmək cinayəti qeydə alınıb, bu hüquqa zidd əməllərin qurbanı olan 94 şəxs müəyyən edilib. Qurbanların 73-ü sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün lazımi tədbirlər görülüb. İnsan alveri qurbanlarına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 25-i peşə kursuna, 32-si Yardım Mərkəzinə göndərilib.

Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi