Ötən il cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb

Ötən il cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb "2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib".
Hadisə
27 Yanvar , 2023 11:18
Ötən il cəzalandırılan prokurorluq işçilərinin sayı açıqlanıb

"2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib, 33 prokurorluq işçisi isə intizam məsuliyyətinə cəlb olunub".

“Report” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, ötən il aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə intizam məsuliyyətinə cəlb edilən prokurorluq işçilərindən 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad olunub.

Aparılan xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb.

Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilən müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini söyləyib.

Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunub, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib", - K.Əliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi