Ötən iki gündə yol qəzalarında 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Ötən iki gündə yol qəzalarında 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 23-dən 25-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
25 İyun , 2018 09:34
Ötən iki gündə yol qəzalarında 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ İyunun 23-dən 25-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, ötən iki gün ərzində ölkədə 207 cinayət faktı qeydə alınıb, onların da 44-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi