Ötən iki gündə yol qəzalarında 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Ötən iki gündə yol qəzalarında 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb Bakı. 23 iyul. REPORT.AZ/ Ötən iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
23 İyul , 2018 09:38
Ötən iki gündə yol qəzalarında 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ Ötən iki gündə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 21-dən 23-dək ölkədə 172 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi