Ötən iki gündə yol qəzalarında 4 nəfər ölüb

Ötən iki gündə yol qəzalarında 4 nəfər ölüb Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanda iyul ayının 7-dan 9-dək daxili işlər orqanları tərəfindən gün ərzində 175 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
Hadisə
9 İyul , 2018 09:41
Ötən iki gündə yol qəzalarında 4 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanda iyul ayının 7-dan 9-dək daxili işlər orqanları tərəfindən gün ərzində 175 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi