Ötən iki gündə Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb

Ötən iki gündə Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb Daha 16 nəfər xəsarət alıb
Hadisə
2 Aprel , 2018 09:02
Ötən iki gündə Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb
Report

Bakı. 2 aprel. REPORT.AZ/ Mart ayının 31-dən aprelin 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmıtindən “Report”a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 37-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi