Ötən iki gün ərzində ölkə ərazisində 177 cinayət faktı qeydə alınıb

Ötən iki gün ərzində ölkə ərazisində 177 cinayət faktı qeydə alınıb Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib
Hadisə
5 Mart , 2018 08:34
Ötən iki gün ərzində ölkə ərazisində 177 cinayət faktı qeydə alınıb

Bakı. 5 mart. REPORT.AZ/ Mart ayının 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

DİN-dən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi