Bakı. 16 aprel. REPORT.AZ/ Ötən həftə ərzində (aprelin 9-15-də) Azərbaycanın daxili işlər orqanları tərəfindən 659 cinayət faktı qeydə alınıb, onların da 95-i “isti izlər”lə açılıb.
"Report"un məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb.