Ötən həftə Azərbaycanda axtarışda olan 88 nəfər tutulub

Ötən həftə Azərbaycanda axtarışda olan 88 nəfər tutulub Narkotiklərlə əlaqəli 42 fakt müəyyən edilib
Hadisə
11 Noyabr , 2014 17:19
Ötən həftə Azərbaycanda axtarışda olan 88 nəfər tutulub

Bakı. 11 noyabr. REPORT.AZ/ Ötən həftə (3-9 noyabr) müddətində Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42 fakt müəyyən edilib. Bu barədə “Report” rəsmi mənbələrə istinadən xəbər verir.

Həmin müddətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Ötən həftə ərzində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 88 nəfər DİN-in əməkdaşları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.

Qeyd olunan faktlarla bağlı müvafiq polis idarə və şöbələrində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi