Ötən gün yol qəzalarında iki nəfər ölüb

Ötən gün yol qəzalarında iki nəfər ölüb Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
19 Noyabr , 2021 09:17
Ötən gün yol qəzalarında iki nəfər ölüb

Ötən gün Azərbaycanda törədilən 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 94 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi