Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün yol qəzalarında 4 nəfər ölüb Ötən gün daxili işlər orqanları tərəfindən25 cinayətin üstü “isti izlər”lə açılıb.
Hadisə
31 İyul , 2020 12:57
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün daxili işlər orqanları tərəfindən 25 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi