Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb Bakı. 25 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
25 Dekabr , 2018 09:38
Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 24-də ölkədə 123 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi