DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
15 Yanvar , 2019 10:25
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 14-də ölkədə 137 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi