Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faaktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
14 Mart , 2019 09:22
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faaktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 13-də ölkədə 30 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi