Ötən gün yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 4-ü yaralanıb

Ötən gün yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 4-ü yaralanıb Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib
Hadisə
22 Fevral , 2018 08:57
Ötən gün yol-nəqliyyat hadisələri zamanı 2 nəfər ölüb, 4-ü yaralanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

DİN-dən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi