Bakı. 6 yanvar. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün inzibati xəta törədən 8584 nəfər sürücünü cərimələyib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Qurumdan bildirilib ki, yanvarın 5-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 60-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 1 nəfər isə avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada cəzalandırılıb.