Ötən gün toylara görə 3 nəfər cərimələnib, 6 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 6 nəfər şənliyə buraxılmayıb Yanvarın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 83 şa
Hadisə
27 Yanvar , 2022 09:23
Ötən gün toylara görə 3 nəfər cərimələnib, 6 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 3 nəfər cərimələnib, 6 nəfər şənliyə buraxılmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-da DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib, 6 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi