Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb

Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb Fevralın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq şadlı
Hadisə
18 fevral 2022 05:23
Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb

Ötən gün şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a bildirilib ki, fevralın 17-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 54 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib, 93 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi