Ötən gün ölkə ərazisində yol qəzalarında 6 nəfər ölüb, 7-si yaralanıb

Ötən gün ölkə ərazisində yol qəzalarında 6 nəfər ölüb, 7-si yaralanıb Borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılıb
Hadisə
15 Sentyabr , 2018 08:38
Ötən gün ölkə ərazisində yol qəzalarında 6 nəfər ölüb, 7-si yaralanıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

DİN-dən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi