Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alınıb

Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alınıb Onların da 25-i “isti izlər”lə açılıb
Hadisə
17 Fevral , 2018 08:58
Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi