Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi törədilib

Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi törədilib Axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
20 Fevral , 2018 08:32
Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi törədilib
Report

Bakı. 20 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

“Report” xəbər verir ki, axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi