Bakı. 24 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
“Report”un Cənub bürosunun məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Qasımovun həyatını xilas etmək mümkün olmayıb. O, yerləşdirldiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb.
***19:44
Bakı. 23 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində avtomobil piyadanı vurub.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsində baş verib.
Belə ki, rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Qasımovu avtomobil vurub, sürücü yaralını Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı çoxsaylı bədən xəsarətləri alıb və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.


