Ötən gün koronavirus pasportu olmayan 9 nəfər şənliyə buraxılmayıb

Ötən gün koronavirus pasportu olmayan 9 nəfər şənliyə buraxılmayıb Ötən gün koronavirus pasportu olmadığına görə şənliyə buraxılmayan şəxslərin sayı açıqlanıb.
Hadisə
351
4 Yanvar , 2022 09:06
Ötən gün koronavirus pasportu olmayan 9 nəfər şənliyə buraxılmayıb
0 : 00
0 : 00

Ötən gün 9 nəfər koronavirus pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

9 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Son xəbərlər

Orphus sistemi