Bakı. 1 iyul. REPORT.AZ/ Ötən gün dənizdə batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğlunun axtarışları başa çatıb.
"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
H.Alışovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.