Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarının ötən gün qeydə aldıqları cinayət faktları və hadisələrin statistikası açıqlanıb. 
Hadisə
26 Yanvar , 2018 09:21
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarının ötən gün qeydə aldıqları cinayət faktları və hadisələrin statistikası açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün 123 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi