Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb Bakı. 3 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 27-si isti izlərlə açılıb.
Hadisə
3 Fevral , 2018 08:53
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi