Yuxarı

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
114 cinayət faktı qeydə alınıb

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.

“Report” xəbər verir ki, həmçinin axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi