Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb Bakı. 1 may. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
1 May , 2018 09:09
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Bakı. 1 may. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi