Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb Daxili işlər orqanları ötən gün törədilən 12 cinayətin üstünü “isti izlər”lə açıb.
Hadisə
18 May , 2019 15:23
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Daxili işlər orqanları ötən gün törədilən 12 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi