Ötən gün cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb Bakı. 5 iyul. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
5 İyul , 2018 09:53
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ötən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi