Yuxarı
    Bağlamaq

    Ötən gün borclu kimi axtarışda olan 14 nəfər saxlanılıb

    Dinlə

    Bakı. 5 iyun. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

    Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi