Ötən gün Azərbaycanda 109 cinayət faktı qeydə alınıb

Ötən gün Azərbaycanda 109 cinayət faktı qeydə alınıb Bakı. 10 noyabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Hadisə
10 Noyabr , 2018 09:35
Ötən gün Azərbaycanda 109 cinayət faktı qeydə alınıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

DİN-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, noyabrın 9-da ölkədə 109 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi