Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb

Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb Bakı. 23 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
Hadisə
23 Yanvar , 2018 09:03
Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) ötən gün qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi