Ötən gün Araz çayında batan gəncin meyiti tapılıb

Ötən gün Araz çayında batan gəncin meyiti tapılıb Xalid Alışovun cəsədi aidiyyəti üzrə təhvil verilib
Hadisə
21 Avqust , 2016 12:55
Ötən gün Araz çayında batan gəncin meyiti tapılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Avqustun 20-də Araz çayının Saatlı rayonunun Nərimanov kəndi ərazisindən keçən hissəsində batmış gəncin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi