Ötən gün 75 cinayət faktı qeydə alınıb, 24 nəfər saxlanılıb

Ötən gün 75 cinayət faktı qeydə alınıb, 24 nəfər saxlanılıb Bakı. 23 avqust. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
Hadisə
23 Avqust , 2018 09:55
Ötən gün 75 cinayət faktı qeydə alınıb, 24 nəfər saxlanılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə, 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi