Yuxarı

Ötən ​gecə Gəncədə 2 bıçaqlanma hadisəsi baş verib

Faktlarla bağlı araşdırma aparılır

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ötən gecə saatlarında Gəncədə 2 bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, şəhərin DOS 6 massivi bina 74 ev 4-də yaşayan 1991-ci il təvəllüdlü Habil Müqalib oğlu Məhərrəmov yaşadığı binanın yaxınlığında bıçaqlanıb. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkim Rafael Əsədovun bildirdiyinə görə, xəstəyə sol baldırın kəsilmiş-deşilmiş diaqnozu qoyulub və ona tibbi yardım göstərilib. Hadisə şahidlərinin sözlərinə görə, Habil Məhərrəmov tanımadığı şəxslərin hücumuna məruz qalıb və bıçaqlanıb. 

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.

Daha bir bıçaqlanma hadisəsi isə Gəncənin 3 mikrorayon ərazisində qeydə alınıb. Kəlbəcər rayon sakini və hazırda Gəncədə müvəqqəti məskunlaşan 1985-ci il təvəllüdlü Pərviz Bayram oğlu Həsənovun dediyinə görə, gecə saatlarında tanımadığı şəxslər tərəfindən əl nahiyəsindən bıçaqlanıb. Tüfeyli həyat tərzi sürən yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyəti normal qiymətləndirilir. 

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi