Ötən ay sərhəddə 316 kq narkоtik aşkarlanıb

Ötən ay sərhəddə 316 kq narkоtik aşkarlanıb Ötən ay narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
1 iyun 2022 10:55
Ötən ay sərhəddə 316 kq narkоtik aşkarlanıb

Ötən ay narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Narkotik qaçaqmalçıları 1 halda sərhəd naryadlarına silahlı müqavimət göstərib, qanunvericiliyə uyğun olaraq sərhədçilərin silah tətbiq etməsi nəticəsində cinayətkarların əraziyə atdıqları 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı avtomat götürülüb.

Son xəbərlər

Orphus sistemi