Bakıda silahlı insident törədən qrupun daha bir üzvü tutulub

Bakıda silahlı insident törədən qrupun daha bir üzvü tutulub Əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən olunub
Hadisə
28 May , 2016 13:02
Bakıda silahlı insident törədən qrupun daha bir üzvü tutulub

Bakı. 28 may. REPORT.AZ/ Ötən ay Bakı bir nəfəri silahla yaralayan qrupun daha bir üzvü tutulub.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Hüseyn Qasımov istiqamətində avtomat silahdan atəş açıb, ona xəsarət yetirən qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə Ramil Hüseynli və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən olunub. 

Son xəbərlər

Orphus sistemi